Azərbaycan prezidenti Qazaxıstana səfər edib Siyasət

Azərbaycan prezidenti Qazaxıstana səfər edib

Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qazaxıstanın Akmola vilayətinin Burabay qəsəbəsində keçiriləcək iclasında iştirak etmək üçün bu ölkəyə səfər edib.
Azərbaycan və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Kokşetau şəhərinin hava limanında prezidentİlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Qazaxıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.