Əvvəllər məhkumluğu olan şəxsləri vəzifəyə qoymamaq qanunlara ziddirSiyasət
11 Oktyabr 2022 15:31
4 179
Milli Məclisin iclasında çıxış edən millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuşda) danışarkən vacib bir mövzuya toxdunub.
Millət vəkili qeyd edib ki, Cinayət Məcəlləsinə təklif edilən yeni dəyişikliklə hüquqi şəxslərə münasibətdə üzərlərindən məhkumluğun götürülməsi çox aydın şəkildə qeyd olunub: "Dəyişiklikdə hüqiqu şəxsin əvvəllər barəsində cinayət hüququ tətbiq olunmamış hesab edilməsi üçün tələb olunan müddət öz əksini tapıb.
Bu o deməkdir ki, əgər əvvəllər hüquqi şəxsin barəsində cinayət hüquqi tədbiri görülübsə, müəyyən müddət keçəndən sonra, cinayətin ağırlığından asılı olaraq, artıq onun barəsində cinayət tədbiri görülməmiş sayılır. Çox təəsssüf ki, hüquqi şəxslərə münasibətdə biz bu normanı çox açıq aydın formada yazırıq, amma məhkumluğun ödənilməsinin götürülməsi ilə bağlı fiziki şəxslərə münasibətdə fərqli mənzərənin şahidi oluruq.
Biz bilirik ki, fiziki şəxslər də cinayət törədəndən, məhkum olanundan sonra onun üzərindən ya məhkumluq götürülə bilər, ya da məhkumluq müəyyən müddətin keçməsi ilə əlaqədar olaraq ödənilə bilər. Bundan sonra şəxs məhkum olunmamış sayılır. Biz Hüquq siyasəti və Dpvlət Quruculuğu komitəsinin son iclasında, "Ombudsman haqqında" Qanuna əlavə və dəyişiklik edilərkən də müzakirələrdə bu məsələnin üzərinə gəldik. Sözügedən qanuna da belə bir müddəa daxil edirik ki, əvvəllər məhkum olunmuş şəxs hansısa vəzifə tuta bilməz. Bu tamamilə bizim hüquq fəlsəfəsinə ziddir, dünyagörüşümüzə qarşıdır. Əgər dövlət vətəndaşa, hüquqi şəxsə, fiziki şəxsə imkan verirsə ki, müəyyən müddətdən sonra o, artıq məhkum olunmamış sayılsın, yəni, onun əvvəl törətdiyi hüquq pozuntusuna görə heç bir hüquqi nəticə olmamalıdır, hüquqi nəticə doğurmamalıdır. Amma buna baxmayaraq, biz "Media haqqında" Qanunda da bunu yazdıq, başqa qanunlarımıza da bunu daxil edirik ki, tutaq ki, əvvəllər məhkum olunmuş şəxs filan vəzifələri tuta bilməz, filan fəaliyyətlə məşğul ola bilməz və s. Ona görə də, bu məsələni qaldırmaqla Prezident Adminstrasiyasına da müraciət edirəm. Yəni əsas qanunvericilik təşəbbüsü ilə onlar çıxış edirlər. Orada da müvafiq şəxslər bu məsələ üzərində düşünsünlər və biz doğurdan da hüquq sistemimizdə bir nizam intizam yaradaq".
Qüdrət Həsənquliyev qanunvericilik təşəbbüsü ilə çıxış edən Prezident Administrasiyasına da müraciət edərək, müvafiq şəxsləri bu məsələnin üzərində düşünməyə çağırıb.
Spiker Sahibə Qafarova komitə iclasında bu təklifin müzakirə olunmasını zəruri sayıb.