

NASA alimlərindən ibarət qrup Qrenlandiyanın şimalında yeni radar sistemini sınaqdan keçirərkən, tunellər şəbəkəsi ilə birləşən buzda obyektlər aşkar ediblər. Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Bunun tərk edilmiş ABŞ hərbi bazası, Camp Century olduğu ortaya çıxdı. Baza Soyuq Müharibə dövründə tikilmişdir. "Alimlərin ekranlarında gördükləri şey yoxa çıxmış sivilizasiya deyil, hərbi bazanın qalıqları idi. Bu, Pentaqonun nüvə raketlərinin buraxılması üçün yerlər yaratmaqla bağlı iddialı və gizli planının bir hissəsi idi".
ABŞ Müdafiə Nazirliyinin layihəsinin “Buz qurdu” adlandırıldığı və Pentaqonun Qrenlandiyadakı bazaya 600-ə qədər döyüş başlığı yerləşdirməyi planlaşdırdığı vurğulanır. Lakin 1967-ci ildə ordu Qrenlandiyanın bunun üçün ən uyğun yer olmadığına qərar verdi və baza tərk edildi.
Qeyd edilir ki, tikililərin qalıqları hazırda nəhəng buz qatının - azı 30 metr donmuş suyun altındadır.
Cavid