“Qanunda göstərilir ki, partiyaların xalqın adından sui-istifadə etmək hüquqi yoxdur” Siyasət

“Qanunda göstərilir ki, partiyaların xalqın adından sui-istifadə etmək hüquqi yoxdur”

Fazil Mustafa: “Məncə bu tipli müddəalarla qanunu məhdudlaşdırmaq olmaz”

“3 komitə bu istiqmqaətdə çalışmalara başlamışdı. Bu təkcə 3 komitənin birlikdə nail olduğu məsələ deyil. Eyni zamanda Milli Məclis sədrinin nəzarəti altında buna nail olduq”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa siyasi partiyalar haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.Onun fikrincə, 2020-ci il 10 noyabrdan sonrakı yeni dövr yeni baxışlar yaratdı: “Bu həm də siyasi partiyalarla bağlı da özünü göstərməli idi. Ölkədə siyasi mədəniyyətin formalaşması vacib idi.
Artıq zamanın şərtləri dəyişib. İnteqrasiya, NATO-ya inteqrasiya və başqa məsələlər var idi ki, mən indi bunun tərəfdarı deyiləm. Azərbaycanın indiki durumunun fərqli olduğunun qənaətindəyəm. Azərbaycanda partiya qorxusu sindromu aradan qaldırıldı. Dövlət başçısı göstərdi ki, bu sindromu aradan qaldırmaq lazımdır.
Amma bəzi müddəalar var ki, müzakirələr zamanı dəyişdi. Təbii ki, heş bir qanun mükəmməl deyil. Qanunda göstərilir ki, partiyaların xalqın adından sui-istifadə etmək hüquqi yoxdur. Bunun cəzası nədir? Məsələn mən xalqın adından deyə bilərəm ki, Azərbaycan xalqı Fransa senatının qərarını lənətləyir. Onda mənim cəzam nə olacaq? Məncə bu tipli müddəalarla qanunu məhdudlaşdırmaq olmaz”.

Əli