Novruz Məmmədov Azərbaycanın mövqeyini açıqladı Siyasət

Novruz Məmmədov Azərbaycanın mövqeyini açıqladı

"Azərbaycan Türkiyə və Rusiya arasında gərginliyin azalmasına öz töhfəsini verməyə hazırdır"


"Azərbaycan təəssüf edir ki, Türkiyə-Rusiya əlaqələri belə gərginləşib. Türkiyə bizim ən yaxın müttəfiqimizdir. Rusiya da bizə çox yaxın dost ölkədir".
Bunu Prezident Administrasiyasırəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiriNovruz Məmmədov "twitter" səhifəsində yazıb.
Novruz Məmmədov qeyd edib ki, hər iki ölkə ilə Azərbaycanı tarixi əlaqələr bağlayır.
"Hər iki ölkə ilə əlaqələrimiz ən yüksək səviyyədədir. Azərbaycan çox istəyir ki, dostları arasında heç bir qarşıdurma olmasın. Azərbaycan gərginliyin azalması işinə öz töhfəsini verməyə hazırdır," - deyə N. Məmmədov əlavə edib.