
Dekabrın 6-da Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Nizami rayon təşkilatının növbəti konfransı keçirilib. Konfransda BAXCP Nizami payon təşkilatının konfransa hazırlıq üzrə təşkilat komitəsinin sədri Yaşar Məmişov ötən dövrdə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə edib. Sonra konfrans iştirakçıları məruzə ətrafında çıxşlar ediblər. Daha sonra təşkilat məsələsinə baxılıb. Yaşar Məmişov BAXCP Nizami rayon təşkilatının sədri, Nurlan Quluzadə isə BAXCP Ali Məclisinə üzv seçiliblər. Konfransın işində BAXCP MNTK-nın sədri Yeganə Mehdibəyli, BAXCP-nin təşkilat məsələləri üzrə katibi Bünyamin Qəmbərli, BAXCP Ali Məclis sədrinin müavinləri Bəhruz Cabbarlı və Faiq İsmayılov da iştirak ediblər.