Türkiyə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycanla birlikdə iştirak edir - Hulusi Akar Siyasət

Türkiyə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycanla birlikdə iştirak edir - Hulusi Akar

Türkiyə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycanla birlikdə iştirak edir.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu cümə axşamı Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında çıxışı zamanı deyib.

"Azərbaycan torpaqları uzun illər ədalətsiz müharibə nəticəsində işğal altında olub. Onlar ciddi qətliamlara və qətllərə məruz qalıblar. Ancaq dünyanın qalan hissəsi bunu eşitmək və görmək istəməyib. Yenə də təqiblərə, işgəncələrə məruz qaldılar. Aİ, NATO, BMT, ATƏT buna göz yumub. ATƏT-in Minsk qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransa müdaxilə etməyib. Nəticədə Azərbaycan özü bu məsələni həll edib. Türkiyə və Azərbaycan birdir və ayrılmazdır. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Biz Azərbaycan Silahlı Qüvvələrinə hərtərəfli dəstək verir və onların modernləşdirilməsində fəal iştirak edirik", - deyə H.Akar bildirib.

Nazir əlavə edib ki, Türkiyə Azərbaycanla birlikdə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində, müdafiə kompleksinin inkişafında, ordunun təlimində iştirak edir.