AŞ PA sədrinin mövqeyi Siyasət

AŞ PA sədrinin mövqeyi

"Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğalı ilə bağlı problem həll edilməlidir"

"Azərbaycanın Avropa vəAvropa Şurası ilə əlaqələrini inkişaf etdirməyə imkan verəcək dönüş nöqtəsində olduğuna inanıram".
AŞ PA-nın saytında yerləşdirilən xəbərə görə, bu barədə AŞPA sədri Pedro Aqramunt Azərbaycana iki günlük səfərinin yekunlarına dair bildirib. P. Aqramunt Azərbaycanın müxtəlif çağırışlarla üzləşdiyini qeyd edib. Onun sözlərinə görə, həssas geosiyasi vəziyyətdə olan Azərbaycanda bu çağırışlar enerji, insan haqları məsələlərini aşaraq maliyyə böhranı və xarici investorların cəlbini ehtiva edir. O, yüksək səviyyəli rəsmilərlə səmimi və açıq müzakirələr apardığını qeyd edib.
AŞPA sədri diqqətə çatdırıb ki, Azərbaycan Dağlıq Qarabağ regionunda baş verən münaqişənin nəticələri ilə üzləşməkdə davam etməkdədir: "Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğalı ilə bağlı problemin həll edilməsi vacibdir. Bu münaqişə Azərbaycan və Ermənistanda qeyri-stabilliyə yol açmaqla yanaşı, həm də bu ölkələrin demokratiya, insan haqları və qanunun aliliyi sahələrində inkişaf etməsinə mənfi təsir göstərir".