26 Dekabr 21:04
26 Dekabr 20:22
27 Yanvar 2023 17:54
3 241
Bu gün Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşının səfirliyə hücum nəticəsində həlak olması ilə bağlı dost ölkə hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk.
Bu barədə Misir Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Əhməd Əbu Zeyd tvitter hesabında qeyd edib.
"Biz Misirin bu ağrılı hadisədə Azərbaycanla tam həmrəy olduğunu bəyan edirik", - deyə o bildirilib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
26 Dekabr 22:15
1 211
26 Dekabr 19:14
1 281
26 Dekabr 18:34
1 232