“Bunu milli təhlükəsizliyimiz və dövlət maraqlarımız diktə edir”- Elman Cəfərli Siyasət

“Bunu milli təhlükəsizliyimiz və dövlət maraqlarımız diktə edir”- Elman Cəfərli

“İranın casus və təxribat şəbəkəsi Azərbaycanda ötən sərin 90-cı illərinin əvvəllərindən yaranmağa başlayıb”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında jurnalist Elman Cəfərli deyib. O, əlavə edib ki, 90-cı illərdə Azərbaycan yenicə müstəqilliyə qovuşmuş, işğala məruz qalmış ölkə idi: “O üzdən bu qüvvələrə nəzarət zəif idi. 44 günlük savaşdan sonra Azərbaycan gücləndi. Bölgədə yeni düzən, yeni şərtlər yarandı. 44 günlük savaş zamanı və ondan sonra Ermənistana açıq dəstək verən İranın Azərbaycanda əl-qolu yığışdırılmalı idi. Bunu milli təhlükəsizliyimiz və dövlət maraqlarımız diktə edir. Bakıda İranın hakim ideologiyasını təbliğ edən elektron resurslar, sosial şəbəkə hesabları sərbəst fəaliyyət göstərirdi. “Xameneyi aşiqləri” məscidlərdə yuva salmışdı. Bunun qarşısı alınmalı idi. Keçirilən əməliyyatı yüksək qiymətləndirirəm. Güney Azərbaycanda 40 milyona yaxın türkün ana dilində təhsil hüququ yoxdur. Güneydə ana dilinin təbliğatçıları olan fəallar, müəllimlər təzyiqlərə məruz qalır, həbsə atılırlar. Bu gün İran həbsxanalarında Abbas Lisani də daxil olmaqla onlarla ana dili məhbusu var. Burada isə İran ideologiyası məscidlərdə yas mərasimlərində, KİV-lərdə, sosial şəbəkələrdə, meyxana məclislərində aşkar təbliğ olunur. Bunun qarşısı alınmalıdır. Məncə əməliyyat davam etməlidir”.

Əli