Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
Zərdabda yol qəzasında ağır xəsarət alan qadın xəstəxanada ölüb
Elm və təhsil naziri: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Emin Əmrullayev: Uşaqların adının məktəbdə, özlərinin repetitor yanında olması səhvdir
Nazir Azərbaycanda ümumi təhsil üzrə 12 illik tədrisə keçidlə bağlı məsələyə aydınlıq gətirib
31 Yanvar 2023 17:46
2 730
Maliyyə Monitorinqi Xidməti iki ay müddətində müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri baxımından yüksək və aşağı risk faktorlarını, müştəri profilinin yüksək, orta və ya aşağı risk qrupuna aid edilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tətbiqi barədə fərmanda əksini tapıb.
Eyni zamanda, Maliyyə Monitorinqi Xidməti iki ay müddətində müştəri uyğunluğu tədbirlərinə, o cümlədən sadələşdirilmiş və gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinə dair tələbləri, yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinin həyata keçirilməsi qaydasını, öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələbləri müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.