

31 yanvar 2023-cü il tarixində Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işi üzrə (Azərbaycan Ermənistana qarşı) əlavə müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə Azərbaycanın sorğusu üzrə açıq dinləmələr keçirilib.
"Xalq Cəbhəsi" xəbər verir ki, dinləmələrin keçirildiyi 2 gün ərzində Niderlandda fəaliyyət göstərən Azərbaycan diasporasının rəhbərləri və Niderlandda yaşayan azərbaycanlılar həm Azərbaycan dövlətinə, həm də 51 gündür Laçın- Xankəndi yolunda Azərbaycanın təbii sərvətlərinin ermənilə tərəfindən istismar olunmasına etiraz edən ekofəallara dəstək nümayiş etdirərək 9 saatlıq aksiya təşkil ediblər.
Aksiya Haaq Beynəlxalq Ədalət Məhkəməsinin önündə 2 gün davam edib.
Dinləmələrdən sonra Ədalət Məhkəməsində iştirak edən Azərbaycanın nümayəndə heyətinin rəhbərl Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov dəstək aksiyasında iştirak edən diaspora fəalları ilə görüşüb.
Cavid