“Diqqətçəkən məqam 2022-ci ildə Ombudsmana 28.525 müraciətin daxil olmasıdır”-komitə sədri Siyasət

“Diqqətçəkən məqam 2022-ci ildə Ombudsmana 28.525 müraciətin daxil olmasıdır”-komitə sədri

“Ölkəmizdə 2022-ci il Prezidentin yeni hakimiyyət quruculuğunun davam etdirilməsi, yüksək çinli məmurların cəzalandırılması və korrupsiyaya, məmur özbaşınalığına qarşı mübarizə ilə, İyul ayının 19-dan başlayaraq, Böyük Qayıdış nəticəsində 100-dən çox ailənin 30 illik ayrılıqdan sonra doğma evlərinə dönməsi ilə müstəqillik taiximizdə müstəsna yer tutan Ali Hüquq hadisəsi ilə tarixə düşdü”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin insan hüquqları komitəsinin sədri Zahid Oruc ombudsmanın illik məruzsəinin müzakirəsi zamanı deyib. Z.Oruc bildirib ki, məruzə 3 fəsil və 78 təklifdən, 103 səhifədən ibarətdir: “İlk diqqətçəkən məqam 2022-ci ildə Ombudsmana 28.525 müraciətin daxil olmasıdır: “2021-ci illə müqayisədə 2.567 az müraciətdir. 2011-ci ildə sözügedən rəqəm 12.680 idi. “Təklif və Tövsiyələr”in 10 səhifə təşkil etməsi təqdirəlayiqdir. Analitik fəaliyyətə məsuliyyətlə yanaşıldığı, fəaliyyətin təkmilləşdirilməsi müsbət haldır. Məruzənin mətni ilə yanaşı, infoqrafikalarla müşayiət edilən hissə ilk dəfədir təqdim edilir və statistik mənzərəni canlandırır.
Beynəlxalq təcrübəyə baxdıqda Ombudsman institutunun fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılır. Məs. son günlər İngiltərədə Dövlət Xidmətləri(Qulluğu) Ombudsmanının yaradılması təklif edilir və narazı vətəndaşların hüquqlarının bu yolla qorunması nəzərdə tutulur.
Ötən il ölkəmizdə institusional islahatlar baxımından, Qarabağda yeni inzibati-iqtisadi bölgələrin yaradılması, xüsusi nümayəndəlik institutunun təsisi və onun azad olunan torpaqlardan kənara-Naxçıvana da tətbiq edilməsi, idarəetmə sistemində köklü dəyişikliklərlə yanaşı, azad edilən ərazilərdə insan haqlarının da yurisdiksiyamıza daxil edilməsini təsdiqləyir”.

Əli