Rusiyalı həmsədrin yanaşması Siyasət

Rusiyalı həmsədrin yanaşması

"Baş verənlərə qiymət vermək hələlik tezdir"


"Ümumi fikir belədir ki, belə insidentlərin bir daha təkrarlamasına imkan vermək olmaz".
Bunu açıqlamasındaATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov deyib.
Daha əvvəl həmsədrlərin cəbhədə yaranmış vəziyyətlərlə bağlı bəyanat verdiklərini xatırladan həmsədr "Düşünürəm ki, baş verənlərə qiymət vermək hələlik tezdir", - deyə bildirib.
Minsk qrupu həmsədrlərinin sabah İrəvana səfər edəcəyini, təmas xəttinin digər tərəfində hərbçilərlə danışıqlar aparılacağını deyən İ. Popov qeyd edib ki, Ermənistan rəhbərliyi ilə görüşüb, yekun olaraq geniş bəyanatla çıxış edəcəklər: "Bu gün Azərbaycan prezidenti ilə məsələni geniş müzakirə edib, onun mövqeyini dinlədik. Bundan başqa, Azərbaycanın Müdafiə Nazirliyində olub, nazirin fikrini öyrəndik. Danışıqlar sabah digər tərəflə də aparılacaq".