Fransa tarixinin ən böyük xaosunu yaşayır Siyasət

Fransa tarixinin ən böyük xaosunu yaşayır

Fransa sarı jiletlilərin nümayişlərindən sonra tarixinin ən böyük xaosunu yaşayır. Xalqcəbhəsi.az xarici mediaya istinadən xəbər verir ki, Prezident Emmanuel Makronun yeni pensiya islahatı ölkəni sarsıdıb. Makronun təqaüdə çıxmasını 2 il gecikdirən islahat pandemiyadan sonra başlayan yüksək inflyasiya və işsizliyin yaratdığı sosial narahatlığa son damla olub.
Parlamentdən keçmədən qəbul edilən islahat bütün Fransanı küçələrə çıxardı. Minlərlə nümayişçi polislə toqquşdu, barrikadalar qurdu və polis məntəqələrini yandırdı. Fransa mətbuatında yer alan xəbərə görə, rəsmi mənbələr ölkə daxilində nümayişlərə 93 mini Parisdə olmaqla 740 min adamın qatıldığını bildirib.
Ümumi İşçilər İttifaqı isə nümayişlərə Parisdə 450 min, Fransa üzrə isə 2 milyondan çox adamın qatıldığını açıqlayıb. Hadisələrdə 500-dən çox fransız saxlanılarkən, polisin sərt müdaxiləsi Avropada reaksiya doğurub. Nümayişlər və tətillər bir-birinin ardınca gedib.
İşdən çıxan çöpçülər Fransanın zibil dağları ilə örtülməsinə səbəb olub. Tətil səbəbindən paytaxt küçələrində və Eyfel qülləsinin ətrafında zibil qalaqları əmələ gəlib. Fransa mətbuatında yer alan xəbərə görə, Parisdə təmizlik işçilərinin tətili 15 gündür ki, davam edir. Bu çərçivədə Paris Bələdiyyəsi paytaxt küçələrində 10 min tondan çox zibilin yığıldığını açıqlayıb.
Paris küçələrində dağa bənzər zibil yığınları sosial mediada gündəm olub. Bir çox istifadəçi hazırladıqları başlıqlar və videolarla baş verənləri ələ salıb. Təkcə Fransada deyil, bütün dünyada gündəm olan zibil dağları sosial medianın gündəminə oturub.