AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: qadın özünü hərəkətdə olan qatarın yoluna atdı
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
10 May 2023 10:37
1 841
Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti var. Xalq məhz onu özünə rəhbər seçdi, bu, demokratiyanın əsl təntənəsi idi.
Bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.
Azərbaycan hakimiyyətinin - həm kommunist, həm də “demokrat” hakimiyyətin hər vəchlə Heydər Əliyevin Naxçıvandan uzaqlaşdırılmasını çalışdıqlarını vurğulayan dövlətimizin başçısı deyib: “Naxçıvan demək olar ki, blokadada boğulurdu, onlar isə Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərirdilər, çevrilişə cəhd edirdilər. Sanki istəyirdilər ki, Naxçıvan da işğal altına düşsün. Ancaq xalq buna imkan vermədi, öz lideri ətrafında sıx birləşmişdir və bir daha demək istəyirəm, məhz Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı”.