Ter- Petrosyanın Xankəndinə səfərinin pərdəarxası Siyasət

Ter- Petrosyanın Xankəndinə səfərinin pərdəarxası

"Amerika dövlət katibiylə Rusiya xarici işlər naziri arasında son 10 gündə aparılan 3 telefon danışığının üçündə də Dağlıq Qarabağ məsələsinin qaldırılması onadan xəbər veriri ki, həmsədrlər tezliklə ortaq təkliflə çıxış etməyi planlaşdırırlar".
Bu fikir siyasi şərhçi, milət vəkili Sahib Alıyevə məxsusdur. Onun sözlərinə görə, hazırda bəzi dəqiqləşdirmələr gedir: "Ermənistan rəhbərləri arasında özünün daha yüksək inttellekti və hiyləgərliyilə seçilən Levon Ter-Petrosyanın Dağlıq Qarabağa səfəri də onu göstərir ki, bu təcrübəli erməni siyasətçisi də hansısa dəyişikliklərin gözlənildiyinin fərqindədir. Və o, Xankəndinə təkcə Serjik minnətçi düşdüyü üçün getməyib, həm də öz oynunu oynayır. Levon Ter-Petrosyanın Xankəndinə gəlməsi əslində Serj Sərkisyanın onun Dağlıq Qarabağ probleminin həlli haqda dediklərinə gəlməsinin göstəricisdir. Və hazırda hakimiyyətdə kimin təmis edilməsindən asılı olmayaraq, Ermənistanda dönəm Levon Ter-Petrosyan dönəmidir, yəni forpost güzəştə hamilədir..."