“İran tərəfi müəyyən razılaşmalara getmək məcburiyyətindədir”
AYNA: Sabahdan Bakıda avtobusların sayı rekord həddə çatdırılır
ABŞ-dən açıqlama: Səudiyyə Ərəbistanı uranı zənginləşdirməyəcək
Polşada hərbçilərə səmadakı kənar obyektləri vurmaq icazəsi verilib
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
16 May 2023 12:03
3 997
Hazırda Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilir.
Trend xəbər verir ki, sessiyada Qıvraq seçki dairəsindən deputat Anar Adil oğlu İbrahimov yekdilliklə Ali Məclis sədrinin müavini seçilib.
Qeyd edək ki, Anar İbrahimov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədridir.
Sessiya davam edir.
İctimaiyyətə sessiyanın gedişi ilə bağlı ətraflı məlumat veriləcək.