“Neft gəlirləri artsa da, manat sabit qalacaq”
17 Mart 19:38
17 Mart 19:38
17 Mart 19:35
17 Mart 18:44
17 Mart 16:32
18 May 2023 14:22
2 191
NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və nümayəndə heyətinin üzvləri – parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev bu qurumun yaz sessiyasında iştirak etmək üçün mayın 19-da Lüksemburq Böyük Hersoqluğunun paytaxtı Lüksemburq şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, NATO PA-nın yaz sessiyasında transatlantik iqtisadi münasibətlərin və dayanıqlığın yenidən qurulması, ərzaq təhlükəsizliyi və münaqişələr, NATO-nun açıq qapı siyasətinin gələcəyi və digər mövzularda məruzələr dinləniləcək, müvafiq qərarlar qəbul ediləcək.
Səfər mayın 23-də başa çatacaq.
08:40
637
17 Mart 16:33
1 302
17 Mart 16:26
1 316