

Azərbaycanda 30 ildən çoxdur ki, dəyişməyən küyə gedənlər və onların, məni sələflərindən daha çox təəccübləndirən ardıcılları var. Bu adamlar dünyanın istənilən nöqtəsində, səbəbini bilmədən, nəticəsini proqonozlaşdırmaya cəhd göstərmədən cərəyan edən və “dəyişikliyə cəhd” görüntüsü yaradan, mahiyyət etibarilə sabitliyin pozulmasına, qarşıdurmalara qol açan hadisələrə alqış deməkdən, əl çalmaqdan, “özgə havasına oynamaq”dan usanmırlar.
Yaxın-uzaq ölkələrdə baş verən hadisələrin “qoxu”suna, “rəng”inə uyğun olaraq, zövqlərini mutasiyaya uğradır, çiçəklərə, rənglərə olan münasibətlərini dəyişirlər, amma özləri dəyişmirlər. Əllərindəki çiçəklər – dəyişir, geyimlərinin, “bayraq”larının rəngi- dəyişir, şüarları – dəyişir, amma özləri yerlərində sayırlar. Özgələrini yamsılamaqdan bir zamanlar getdiklərini iddia etdikləri yolu da, izi də itiriblər, ideoloji yapıları min yerdən deformasiyaya uğrayıb.
Bir neçə dəqiqəliyə də olsa gözlərini açıb bir zaman yamsıladıqlarının indi hansı durumda olduğuna nəzər salmaq istəmirlər. İndi də Türkiyədəki seçkilər düşüb əllərinə... Allah üzümüzə baxıb ki, Kemal Kılıncdaroğlunun gül-çiçəyi, özəl rəngi-filanı yoxdur, yoxsa Allah bilir indi hansı zövqsüzlük rəmzləri ilə qarşı-qarşıya qalmışdıq. Nə yaxşı ki, Kemal bəyin, yaxud bay Kamalın 6-lı, 7-li masasına Abdulla Gül qoşulmayıb. Yoxsa fərqinə varmazdılar. Onlar üçün nə önəmi var ki, gül olmasın, Gül olsun! “Gül” demişkən, yadıma redaksiyamızda yaşanan məzəli bir hadisə düşdü. Vaxtilə bizimlə birlikdə çalışan və yaxşı yumor hissi olan dostlarımızdan biri evinin inşaat işlərini üzərinə götürən Zeynalabidin adlı ustanın yolunu gözləyirdi. Günlər, həftələr keçirdi, amma Zeynalabidin gəlib çıxmaq bilmirdi. Redaksiyada da az qala hər kəs və hər gün bir neçə dəfə dostumuzdan ustanı soruşurdu. Yəni salamdan sonra qısa bir dialoq keçərdi əməkdaşlarımızla adını bu yazıda çəkmək istəmədiyim dostumuzun arasında:
Uzun sözün qısası, günlərin birində Abdulla Gül Azərbaycana səfərə gəlmişdi və yenə də əməkdaşlarımızdan biri dostumuzdan Zeynalabidini soruşdu. Cavab isə çox qısa oldu:
İndi, sabiq həmkarım, dostum Bəhmən Faziloğlu demiş, “ayə, Allah evinizi tiksin” sizin “Zeynalabidin” gəlməyəcək, özünüzü bu qədər əldən salmayın.
Mayın 28-dən sonra Kılıncdaroğlu girəcək qınına və Türkiyəyə kənardan ötürülən daha bir “layihə” öz qınında “paslanacaq”. Vəssalam!
Nə qədər çalışıram, bu adamların 44 günlük savaşda Azərbaycanın yanında olan, NATO-nun üzvü olduğuna baxmayaraq, ölkəmizə dəstək üçün “F-
Ayə, Allah evinizi tiksin, siz nə vaxta qədər Azərbaycanı, Türkiyəni, Türk Dünyasını, bütövlükdə dünyanı öz maraqlarının girovuna çevirmək, siyasi sistemləri barmaq işarəsi ilə idarə etmək üçün marionet hökimətlər yaratmaq istəyənlərin ssenarilərinə əl çalacaqsınız?
Hər kəsin yanında olmağa, rənginizi, hətta şüarlarınızı belə rəngli ssenarilərinin müvəqqəti personajlarına bənzətməyə çalışdınız, bəs nə vaxt Azərbaycanın yanında olacaqsınız? Nə vaxt?
Allah evinizi tiksin...
Elçin Mirzəbəyli