Azərbaycan AİİB-in 11-ci İllik Toplantısının açılış mərasimində iştirak edib
"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər
Aİ "Yabloko" partiyasına görə 10 rusiyalıya sanksiya tətbiq edib
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
24 May 2023 17:16
2 380.jpg)
İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:"Zati-aliləri!
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu əlamətdar bayram münasibətilə Azərbaycan xalqına və dövlətinə daim tərəqqi, firavanlıq və rifah arzulayıram.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının hazırkı sədrliyinə xüsusi diqqət yetirərək, regionun iqtisadi təmərküzləşməsini və inteqrasiyasını təşviq etmək üçün ümumi inkişaf məqsədlərimizin yorulmadan həyata keçirilməsində Zati-alinizin davamlı dəstəyini səbirsizliklə gözləyirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".