Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
25 May 2023 13:58
2 408
“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” açıqlamasına özünəməxsus reaksiya verib”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, Zaxarova bildirib ki, Nikol Paşinyanın son bəyanatları Ermənistanda və Qarabağda birmənalı olmayan reaksiyaya səbəb olub: “O əlavə edib ki, Rusiya nizamlama üzrə vasitəçidir və bu baxımdan Ermənistanın Qarabağla bağlı dəqiq mövqeyinin olması vacibdir.
Bundan da dəqiq mövqe olarmı? Paşinyan açıq deyib ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, daha nə istəyirsiniz? Mariya Zaxarovanın “Paşinyanın açıqlaması Ermənistanda və Qarabağda birmənalı olmayan reaksiyaya səbəb olub” cümləsi isə ona dəlalət edir ki, Kreml Paşinyana müxalif olan qüvvələrin Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olmalarını “diqqətə” alır. Yəni bu o deməkdir ki, Kremlin Qarabağla bağlı “fərqli” mövqeyi var. Vaşinqton Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması fikrinə müsbət yanaşarkən, Moskva Paşinyanı tənqid etməyə üstünlük verir. Demək, Kreml separatçılarla bağlı “planlarından” əl çəkməyib”.
25 Sentyabr 20:55
581
25 Sentyabr 19:20
623
25 Sentyabr 16:47
644