“Minalar və partlamamış hərbi sursatlar dövrümüzün ən ciddi problemlərindəndir”-Turan Rzayev Siyasət

“Minalar və partlamamış hərbi sursatlar dövrümüzün ən ciddi problemlərindəndir”-Turan Rzayev

“Minalar və partlamamış hərbi sursatlar dövrümüzün ən ciddi problemlərindəndir. Hər il yüzlərlə insan dünyanın müxtəlif regionlarına müharibə zamanı basdırılmış, lakin aşkar edilməmiş minaların partlaması nəticəsində həyataını itirir”. Bunu xalcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O, bildirib ki, Azərbaycanda minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələrdən biridir: “Təəssüf ki, biz minalar və partlamamış hərbi sursatların yaratdığı təhlükə və qorxu ilə tanışıq. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğalı zamanı Ermənistanın minalardan istifadə etməsi bu gün də dinc əhali üçün böyük təhlükə yaradır. Son 30 ildə mina qurbanlarının ümumi sayı dörd mindən çoxdur.
Təəssüf ki münaqişənin bitdiyi 2020-ci il 10 noyabr tarixindən bəri isə 500 dən çox insan həlak olub, 238 nəfər yaralanıb. Ümumilikdə isə Ermənistanın hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın Azərbaycan vətəndaşı minalardan zərər çəkib, onlardan 587-i həyatını itirib
Bu baxımdan ANAMA və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransı olduqca önəmli və bir o qədərdə həyati əhəmiyyət daşıyır.
Ümumiyyətlə bu tipli konfransların keçirlməsi vacibdir. Konfransın məhs birgə təşkilatçılığı ilə birgə keçrilməsi isə prosesi beynəlxaq müstəvidə aktuallıq qazanmasına dəlalət edir.
Bu sahədə ölkəmizə dəstəyin olması da vacibdir. Çünki, bu gün Azərbaycanda minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır, xaricdən gələn dəstəyin həcmi hələ ki, çox məhduddur”.

Əli