“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
31 May 2023 17:11
2 331
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hökmdarı Məhəmməd bin Rəşid Al Məktum Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Möhtərəm cənab Prezident!
Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı ifadə etməkdən məmnunam.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan hökumətinə və xalqına firavanlıq və inkişaf arzulayıram.
Xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin".
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, prezident işləri naziri Mansur bin Zayed Al Nəhyan da öz növbəsində Prezident İlham Əliyevi təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident!
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edirəm. Sizə məmnuniyyətlə ən xoş arzularımı bildirirəm.
Zati-alinizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına firavanlıq və tərəqqi diləyirəm.
Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
13 Dekabr 17:17
1 400
13 Dekabr 12:09
1 701
12 Dekabr 17:54
3 038