“Bibiheybət” Gəmi Təmiri Zavodunun işçiləri fəaliyyətdə olan digər zavodlara köçürüləcək
Lavrov: Rusiya və İran prezidentləri şimal-cənub dəhlizinin tikintisini ətraflı izləyirlər
Putin: Kiyev dialoqdan imtina edərsə, Rusiya məqsədlərinə hərbi yolla çatacaq
Putin: Rusiya Tramp administrasiyası ilə dialoqda müşahidə olunan irəliləyişi alqışlayır
Azad edilmiş ərazilərdə verilən güzəştli kreditlərin həcmi açıqlanıb
1 İyun 2023 16:08
2 919
“İsrail prezidenti İsxak Hersoqun Azərbaycana səfərinə İranın “səssiz reaksiyası” maraqlıdır. Halbuki, Azərbaycanın İsraildə səfirlik açmasını süngü ilə qarşılayıb”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. O, bildirib ki, İsrail xarici işlər naziri Eli Koenin Ceyhun Bayramovla görüşdə səsləndirdiyi fikirləri “Azərbaycan və İsrail İrana qarşı birləşib” kontekstində şərh etmişdilər: “Hersoqun Bakıda İranı müzakirə etdikləri, İsrail və Azərbaycanın bu ölkənin hədəfində olduğuna dair fikirlər Tehranın aqressiyası üçün yetərli idi. Sadəcə, İran XİN-in sözçüsü Nasser Kanaani İsrail prezidentinin Bakıya səfərinə “sionist rejiminin gələcəyi” yoxdur kimi ümumi fikirlərlə münasibət bildirdi və yenə Azərbaycana qarşı ittiham irəli sürülmədiyi diqqət çəkdi.
Bunun səbəbini Bakı-Tehran xəttində “diplomatik atəşkəsin” elan edilməsində görmək mümkündür. Hərçənd, Hersoqun səfərindən sonra İranın aqressivləşməcəyinə də zəmanət yoxdur”.
11:32
882
11:24
847
16 Dekabr 17:20
1 365