Ermənistandan siyasi iradə gözləyirik - Bayramov
5 Dekabr 19:46
5 Dekabr 19:46
5 Dekabr 14:13
5 Dekabr 12:57
4 Dekabr 23:28
“Türkiyə iki ölkə arasında münasibətlərin normallaşması prosesində ilkin şərt irəli sürməyib”.
“Xalq Cəbhəsi" “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2022-ci il dövlət büdcəsinin icrası haqqında hesabatın müzakirəsi zamanı deyib.
“Hər iki tərəf dəfələrlə bəyan edib ki, heç bir ilkin şərt yoxdur və məqsəd münasibətlərin tənzimlənməsidir”, - o bildirib.
Bununla belə, XİN rəhbəri bir daha qeyd edib ki, "erməni soyqırımının" tanınması və pislənməsi məsələsi də gündəmdə deyil və indiyə qədər də olmayıb.
A.Mirzoyan Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi üçün Ankaraya səfəri və onun ikinci sırada əyləşməsinə də münasibət bildirib: “Bu, protokol məsələsidir, bütün baş nazirlər ikinci cərgədə oturmuşdular”.
Cavid