“Bu reallıqların nəzərdən qaçırılması nə hüquqi, nə siyasi, nə də mənəvi baxımdan qəbulediləndir”
“Azərbaycan xalqının yaşadığı tarixi ədalətsizliklər kollektiv yaddaşdan silinməməlidir”
İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının yeni tərkibi təsdiq edilib
Nazir və komitə sədrlərinin 2026-cı ilin yanvar ayında keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycanda 3 ay sonra moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
7 İyun 2023 15:44
3 367
Qarabağda genişmiqyaslı işlər görülməyə davam edir.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Qarabağla bağlı plan bütün bölgənin inkişafıdır. Bunun üçün məqsədyönlü işləyirik. İşğaldan azad edilən ərazilərin bərpası dayanıqlı inkişaf məqsədlərinə əsaslanır”,- deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Şuşada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda tədbir keçirilir.
Tədbirdə 30-a qədər sabiq dövlət və hökumət başçısı iştirak edir.
Beynəlxalq tədbir çərçivəsində keçirələcək panellərdə enerji, iqtisadiyyat, ətraf mühit və kapital, mədəni irs mövzularında müzakirələr aparılacaq.
İki gün davam edəcək tədbirin ilk günü Şuşada, növbəti günü Gəncədə baş tutacaq.
17:07
567
16:56
469
16:51
413