“Vaşinqton hərbi gücdən istifadə edərsə…”
29 Sentyabr 15:04
29 Sentyabr 15:04
29 Sentyabr 14:48
29 Sentyabr 14:40
29 Sentyabr 13:47
21 İyun 2023 07:20
2 464
“Nizami Gəncəvi” Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinos və BMT Baş Assambleyasının 77-ci prezidenti Ksaba Korosi ilə görüşlər keçirib.
Bu barədə “Nizami Gəncəvi” Beynəlxalq Mərkəzindən məlumat verilib.
Görüş zamanı BMT-nin baş katibi Antonio Quterreş ilə “Ümumi Gündəliyimiz: Multilateralizmin yenidən işə salınması” mövzusuna keçirilən Ali toplantının nəticələri, Mərkəzin BMT-nin 78ci Baş Assambleyası çərçivəsində təşkil edəcəyi Ali Səviyyəli toplantı və 2024-cü ildə təşkil olunacaq XI Qlobal Bakı Forumu müzakirə edilib.
BMT Baş Assambleyasının prezidenti ilə görüşdə Mərkəz tərəfindən “Nizami ili” çərçivəsində nəşr etdirdiyi “Qələmin Sehri” - Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmalar kitabının xüsusi nüsxəsini təqdim edilib.
