Rusiyanın Domodedovo və Jukovski hava limanlarında məhdudiyyətlər tətbiq edilib
Azərbaycan parataekvondoçusu dünya reytinq cədvəlinə başçılıq edir
Masazır dairəsindən paytaxt istiqamətində avtobuslar üçün xüsusi hərəkət zolağı yaradılıb
Azərbaycanlı aşpaz dünya kulinariya çempionatında ilk üçlükdə yer aldı
Əkrəm İmamoğlu barəsində casusluq ittihamı ilə istintaq başladılıb
24 İyun 2023 12:58
3 822
Rusiyada baş verən son hadisələr və “Vaqner” özəl hərbi “şirkəti”nin rəhbəri Qriqori Priqojinin silahlı qiyama cəhd etməsini bir neçə aspektdən şərh etmək olar.
Əvvala, qeyd edim ki, baş verlərin nəticəsindən asılı olmayaraq, Rusiyada Ukraynaya hərbi müdaxiləni qatı tərəfdarları olan və Priqojini öz qəhrəmanına çevirən, onu “korrupsiyaya bulaşmış generallara” qarşı çıxış edən əsl “rus kişisi” kimi qəbul edənlərin mövqeyinə, silahlı qüvvələrin və təbii ki, hakimiyyətin avtoritetinə ziyan dəyəcək. Priqojini isə, çox güman ki, ən qısa zamanda aradan götürəcəklər və artıq hakimiyyət üçün problemə çevrilən “Vaqner” qruplaşması darmadağın ediləcək. Çünki Priqojinin, ordu bir yana qalsın, Rusiyanın elitar silahlı qruplaşmalarına, hətta FTX-ya qarşı belə müqavimət göstərə biləcək gücü yoxdur.
Silahlı qiyamın səbəbləri ilə bağlı, qənaətimə görə, ən azı iki ehtimal irəli sürmək olar:
- Priqojin məqsədyönlü şəkildə təxribata çəkilib və onun emosional bir şəxs olduğunu yaxşı bilən texnoloqlar “Vaqner” rəhbərinin başqa seçimi qalmadığı üçün təslim olmayacağını, silahlı qiyama əl atacağını öncədən hesablayıblar. Qiyam isə Rusiya hakimiyyətinə ölkədə hərbi vəziyyət elan etməyə, yaxud hərbi vəziyyət elan edilmədən də məhdudiyyət və qadağaları daha da sərtləşdirməyə imkan yaradacaq.
- Qiyam Rusiya ordusunun Ukraynadakı uğursuzluqlarında Priqojinin günahkar olduğunu, onun təxribat və sabotajlarının hərbi əməliyyatların uğurla davam eydirilməsinə maneə yaradığını irəli sürməyə imkan verəcək və “Vaqner” Ukrayna kampaniyasının “qurbanlıq keçi”si elan olunacaq. Bütün günahlar “Vaqner”çilərin üzərinə qoyulacaq. Bu xüsusda, Kaxovka su anbarının partladılmasında da Priqojinin suçlu bilinməsi mümkündür. Bu sıraya “Azad Rusiya” legionu və “Rus könüllüləri” korpusunun da “Vaqner”çilərdən təşkil edildiyinin elan oluna biləcəyi ehtimalını da əlavə etmək olar.
Digər tərəfdən, unutmaq lazım deyil ki, qiyamın, yaxın inqilabın imitasiyası real qiyam və inqilabların qarşısının alınması üçün ən sınanmış vasitələrdən biridir.
23 Oktyabr 20:28
1 309
23 Oktyabr 16:15
1 316
23 Oktyabr 15:44
1 379