

"Ermənistanın 30 illik işğal siyasəti bizə çox böyük zərbə vurdu. Bugünə qədər itkin düşən, əsir və girov götürülmüş minlərlə azərbaycanlılarla bağlı heç bir məlumat ala bilmirik.
Tapılan kütləvi məzarlıqlar soydaşlarımızın necə işgəncələr çəkdiyinin, hansı vəhşiliklərlə, necə bir şəraitdə oldürülməsinin sübutudur". Bu fikirləri Xalqcəbhəsi.az-a açıqlamasında Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib. Onun sözlərinə görə, qeyri-insani rəftar, əsirlərlə, girovlarla bağlı beynəlxalq konvensiyaların pozulması Ermənistanın hansı xislətə sahib olmasını ortaya qoyur: "Bu günə qədər də rəsmi İrəvan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları Azərbaycan tərəfinə təqdim etmir.
Azərbaycan dövləti Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-polkovnik Əli Nağıyevın qismində Ermənistana bir daha çağırış edərək onları əməkdaşlığa dəvət etdi. Əgər Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq, sülh sazişi imzalayıb sivil qonşuluq münasibətləri qurmaq istəyirsə keçmişdə baş verənlərə görə üzr istəməli, təzminat ödəməli, o insanların taleyinə aydınlıq gətirməlidir".
Əli