Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
Zərdabda yol qəzasında ağır xəsarət alan qadın xəstəxanada ölüb
Elm və təhsil naziri: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Emin Əmrullayev: Uşaqların adının məktəbdə, özlərinin repetitor yanında olması səhvdir
Nazir Azərbaycanda ümumi təhsil üzrə 12 illik tədrisə keçidlə bağlı məsələyə aydınlıq gətirib
19 Sentyabr 2023 22:23
2 429.jpg)
Cənubi Qafqazda sülhün təmin edilməsi yolunda qarşımızda tarixi fürsət durur.
Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı deyib.
"Azərbaycan və Ermənistan arasında görüşməni əvvəldən dəstəklədik. Ermənistan bu fürsəti yetəri qədər dəyərləndirə bilmədi. Ermənistanın verdiyi sözlərə riayət etməsini gözləyirik. Qarabağ Azərbaycan torpağıdır. Ermənistanın başda Zəngəzur dəhlizinin açılması olmaq üzrə verdiyi sözlərə riayət etməsini gözləyirik. Ermənilər daxil hər kəsin Azərbaycan torpaqlarında sülh içərisində birlikdə yaşaması prioritet hədəfimiz olmalıdır. Bir millət iki dövlət şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində atılan addımları dəstəkləyirik.Hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan ərazisidir. Bundan başqa statusun verilməsi heç vaxt qəbul edilməyəcək", - deyə R.T.Ərdoğan əlavə edib.