“Ortada ciddi nəticə yoxdur” Siyasət

“Ortada ciddi nəticə yoxdur”

"Füzuli və Cəbrayılın işğalından 23-il ötür. 23-il ərzində Azərbaycan torpaqlarını Ermənistan silahlı qüvvələri işğal altında saxlayır. Təbii ki, Ermənistan Rusiyanın birbaşa və dolayısı dəstəyi ilə bu işğalı davam etdirməkdədir". Belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan ordusu aprel ayənda cəhd edərək Ermənistan ordusuna ciddi zərbə vurdu: "Ancaq ordumuzun irəliləməsinə yenə də Rusiyanın təhdidləri imkan vermədi. Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi getsə də, ortada ciddi nəticə yoxdur. Rusiya danışıqlarda baş rolda çıxış etməsinə baxmayaraq, Ermənistanla birgə qoşun yaradır. Rusiyanın bu siyasəti, Cənubi Qafqazda dominant rolunu oynamaq və Azərbaycana qarşı işğalçılıq siyasətinə dəstək verməkdir".