20 Noyabr 2023 15:18
2 373
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi Bakının guya "Qərbi Azərbaycan" konsepsiyası irəli sürməsi ilə bağlı iddialarına fikir bildirib.
Trend xəbər verir ki, Kreml nümayəndəsi bu barədə jurnalistlərə deyib.
O, Nikol Paşinyanın iddialıarına cavab olaraq, Azərbaycan tərəfindən dövlət səviyyəsində bu cür bəyanatlar eşitmədiyini deyib.
"Biz Azərbaycan rəhbərliyindən tamamilə fərqli bəyanatlar eşitmişik. Bu bəyanatlarda məhz bir mərhələni bitirərək sülh sazişinin imzalanmasına hazırlıq mərhələsinə keçidin vacib olduğu deyilir", - Kreml nümayəndəsi bildirib.
14:47
1 050
23 Mart 14:07
1 540
23 Mart 12:20
1 736