Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Bu adamlar siyasi və ideoloji baxımdan çoxdan ölüblər”

“Bu adamlar siyasi və ideoloji baxımdan çoxdan ölüblər” Siyasət

“Bu adamlar siyasi və ideoloji baxımdan çoxdan ölüblər”

Elçin Mirzəbəyli: "İndi meydanda olanlar isə zombilərdir"

Rauf Arifoğlu: "Təklif edirəm ki, Azərbaycan xalqı istefa versin"

Elşən Musayev: "AXCP ilə Müsavatın birgə mitinq keçirmələri haqqında təlimat çoxdan verilib"

Aydın Mirzəzadə: "Cəmiyyət adından danışmağa çalışırlar"

Radikal müxalifət partiyalarının növbəti mitinq addımları yenidən təşkilatçıların özlərini ictimai hədəfə çevirib. Buna səbəb isə təşkilatçıların - AXCP və Müsavatın daha çox bir biri olan rəqabətinin meydanlara daşınması olub. Xatırladaq ki, sentyabrın 17-də AXCP, 18-də isə Müsavat partiyası mitinq keçirib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli öz facebook səhifəsində mitinqlərə münasibət bildirib. O, "bir-biri ilə mitinq yarışına çıxan və bununla da yalnız öz aralarında rəqabət apardıqlarını növbəti dəfə sərgiləyən qrupların aksiyalarını uzaqdan, texniki vasitələrlə də olsa izləməyə çalışdım. Çıxışları dinlədim... Və növbəti dəfə son 20 il ərzində bu gerilikçi düşərgə və "iflas liderləri" haqqında yazdıqlarıma haqq qazandırdım",- deyə bildirib. O əlavə edib ki, gələn ay dövlət müstəqilliyimizin bərpa olunmasının 25 illiyini qeyd edəcəyik: "25 il! Az müddət deyil. Bu müddət ərzində ölkədə və dünyada proqnozlaşdırılması mümkün olmayan qlobal dəyişikliklər baş verib. Hər şey dəyişib. Amma siyasi təcrübələrinin yaşı Azərbaycanın dövlət müstəqilliyindən 3-4 il çox olan bu insanlar zərrə qədər də dəyişməyiblər. Eyni ritorika, eyni pafos, qəzəb və kin püskürən gözlər, eyni düşüncə tərzi və eyni, çeynənmiş siyasi texnologiyalar.
Bu adamlar dəyişmirlər və maraqlıdır ki, bu adamları da dəyişmirlər. Çünki ətraflarında yalnız özləri kimi düşünən məhdud saylı insanları saxlayıblar. Bu adamların radikal dini qruplarla işbirliyində olması da onların vaxtilə elan etdikləri dəyərlərdən nə qədər uzaq düşmələrini, yaxud gerçək mahiyyətlərinin üzə çıxdığını nümayiş etdirir.
Son 25 il ərzində bu adamlar nəinki ölkənin siyasi həyatındakı mövqelərini, hətta ideoloji söykəncəklərini də təhvil veriblər. Bir zaman milli ideologiyadan dəm vuran bu adamlar sonralar Qərb liberalizmindən rus avtoritarizminə, İran teokratizminə qədər yuvarlanıblar. Sekulyar (dünyəvi) dövlətçilikdən damışdıqları halda qarşılarına şəriət dövləti qurmaq məqsədi qoyan radikal qruplarla eyni cərgədə yer alıblar. Bir zamanlar Bütöv Azərbaycançılığı hədəf seçdiklərini bəyan etdikləri halda İranın Azərbaycançılıq məfkurəsini məhv etməyə hazır olan dairələrinin sifarişlərinin icraçısına çevriliblər, Azərbaycanın İstiqlalının əbədiliyi uğrunda mücadilə apardıqlarını bildirdikləri halda bu istiqlala qənim kəsilən imperiyanın layihəsinin iştirakçısı olublar... Bu adamların əllərində siyasi mübarizəyə başladıqları andan sahiblənmək istədikləri ideoloji-siyasi mirasdan heç nə qalmayıb. Amma yenə də siyasi səhnəni tərk etmək, gec də olsa seçdikləri yanlış yoldan çəkinmək niyyətləri yoxdur. Bu adamlar siyasi və ideoloji baxımdan çoxdan ölüblər. İndi meydanda olanlar isə zombilərdir...".
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da məsələyə ironik yanaşıb. O "təklif edirəm ki, Azərbaycan xalqı istefa versin, müxalifət liderlərini eşitmir, çağırışları dinləmir, narazı olduğu halda, mitinqlərə qoşulmur...",- deyə vurğulayıb: "Bu boyda iflas və biabırçılığın məsuliyyətini kiməsə yükləmək lazım gələcək. Ən uyğunu xalqdır..."
Millət vəkili Elşən Musayev isə deyib ki, ümumiyyətlə AXCP ilə Müsavatın birgə mitinq keçirmələri haqqında təlimat çoxdan verilib: "Sadəcə olaraq hər iki partiya bir-birlərinə qarşı olan kin-küdurət üzündən heç cür biraya gələ bilmirlər. Onsuzda onların həm birgə, həm də ayrılıqda mitinq keçirməsi ilə heç nə dəyişən deyil". Deputatın sözlərinə görə, müxalifətin keçirdikləri uğursuz mitinqin hər kəs şahidi oldu: "Hətta bildiyiniz kimi 2013-cü ildə keçirilən mitinqlərdə Rəsul Quliyev bunları rüsvay etmişdi...Bütün bunlarla bərabər AXCP-nin keçirdiyi 17 sentyabr mitinqindən sonra da Rəsul Quliyev yenə onları təhqir etdi. Hərçənd Rəsul Quliyevin özü də həmin təhqirlərə layiqdir. Məsələ ondandır ki, müxalifətin keçirəcəyi mitinqdən heç bir gözləntilər yoxdur. Hesab edirəm ki, istər xarici dairələr, erməni lobbisi, istərsə də səfirliklər onlara müxalifətə pul müqabilində onlar Azərbaycan hakimiyyətinə qarşı çıxmağa tələb etməsinin belə heç bir effekti olmayacaq. Onlar buna nail ola bilməyəcəklər".
Millət vəkili, Aydın Mirzəzadə deyib ki, bir qayda olaraq radikal müxalifət qrupları ölkədəki hansısa vacib hadisə ərəfəsində kütləvi aksiya keçirmək istəyirdilər: "Daha doğrusu, müxalifət qanun pozuntusu, polislə toqquşma ilə yadda qalmağa çalışır. Bəlkə də bu səbəbdən Bakı Şəhər İcra Hakimiyyəti onlara aksiya keçirməyə icazə verdi ki, hakimiyyət bu qarşıdurmadan çəkilsin". Onun sözlərinə görə, cəmi bir neçə min adamı öz mitinqinə toplamaq müxalifətin nüfuzunun, sosial bazasının olmadığını, zəifliyini göstərir: "Onların indiki vaxtda mintinq keçirməkdə bir məqsədi var - alınan qrandların da hesabatını vermək lazımdır. Bildirirlər ki, üzvlük haqqı toplanmır. Heç bir yerdən gəlirləri yoxdur. Bununla belə, onların liderləri adından danışdığı insanlardan qat-qat yaxşı yaşayır. YAP-ın bir rayon təşkilatının yarısı qədər mitinqlərə adam toplaya bilmirlər. Amma bu gün hakimiyyətə iddia edirlər. Cəmiyyət adından danışmağa çalışırlar. Əgər referendumun əleyhinə idilərsə, bunun əksinə olan proqram irəli sürə bilərdilər. Hansı siyasi kursu, hansı ideyaları düzgün saydıqları barədə ideya ortaya qoyardılar. Biz elə bir proqramı görmədik. Azərbaycanın radikal müxalifəti bir qayda olaraq bu ölkənin yox, xaricdəki hansısa anti-Azərbaycan mərkəzli qüvvələrin maraqlarını qorumağa çalışırlar".