“Torpaqlarımızı işğaldan azad etməliyik” Siyasət

“Torpaqlarımızı işğaldan azad etməliyik”

Elman Məmmədov: "Artıq burada məsuliyyət işğalçı tərəfin üzərində qalır"

"Uzun illərdir ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasi, onun işğalçı dövlət olması ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən xeyli hüquqi əsaslar qazandıran sənədlər əldə edib. Təbii ki, bu Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Həmçinin bütün bunlar diplomatiyamızın uğurlu nəticəsidir". Bunu millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, rəsmi Bakı Ermənistana, onun işğalçılıq siyasətinə qarşı BMT-dən, ATƏT-dən, Avropa Şurasından eləcə də müxtəlif beynəlxalq təşkilatlardan kifayət qədər hüquqi sənədlər bazası yarada bilib: "Təbii ki, bu bizim xeyrimizədir. O cümlədən biz bu sənədlərə əsaslanaraq son nəticədə belə deməyə haqqımız var ki, onlar işğalçılıq siyasətlərindən əl çəkmirlər. Bəs indi bizə nə etmək qalır? Biz özümüzün səlahiyyətlərimizdən, hüququmuzdan istifadə edib hərbi güc tətbiq etməklə torpaqlarımızı işğaldan azad etməliyik. Artıq burada məsuliyyət işğalçı tərəfin üzərində qalır".