Niderlandda Azərbaycanla bağlı tədbir keçiriləcək Siyasət

Niderlandda Azərbaycanla bağlı tədbir keçiriləcək

Vüqar Abbasov: "Ölkəmizlə bağlı suallara cavab verənlər Azərbaycanla bağlı kitablar və digər hədiyyələrlə mükafatlanacaqlar"

Niderlandda yaşayan azərbaycanlılar noyabr ayının əvvəlində Niderlandın Zeyland (Zeeland) regionunda, Zirikze (Zierikzee) şəhərində azərbaycanlıların tədbiri keçirəcək. Bu barədə "Xalq Cəbhəsi"nə məlumat verən Niderlandda fəaliyyət göstərən "Connect" təşkilatının sədri Vüqar Abbasov qeyd edib ki, tədbir Azərbaycanı yerli insanlara təbliğ etmək məqsədi ilə təşkil olunub: "Tədbirdə biz həm Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasının 25 illiyini, həm də təşkilatımızın yaradılmasının bir illiyini qeyd edəcəyik. Tədbiri Zirikze şəhərindəki kinoteatrda təşkil etməyi planlaşdırmışıq. Tədbirdə Azərbaycanla bağlı iki görüntülü təqdimat verməyi və iki qısa film nümayiş etdirməyi düşünürük və təbii ki, musiqilərimizi səsləndirmək də bizim planlarımıza daxildir. Təqdimatlardan, filmlərdən sonra isə iştirakçılara ölkəmizlə bağlı suallar ünvanlanacaq, cavab verənlər Azərbaycanla bağlı kitablar və digər hədiyyələrlə mükafatlanacaqlar. Qonaqlar Azərbaycan şirniyyatı dadmaq imkanı da əldə edəcəklər. Dəvətlilər əsasən bu ərazidə yaşayanlardırlar. Artıq tədbir barədə yerli qəzetlərdə məlumatlar, tədbirə çağrışlar dərc olunub və olunmaqda davam edir. Bu tədbirbizim təşkilatın ilk kütləvi tədbiridir, biz bununla həm də yerli insanların bu kimi tədbirlərə yanaşmalarını yoxlayacağıq ki, bu da bizim gələcək fəaliyyətimiz üçün çox önəmlidir. Eyni zamanda yerli mətbuat nümayəndələri də tədbirə dəvət alanlar sırasındadırlar. Qeyd etdiyim kimi, bu, bizim təşkilatın ilk kütləvi tədbiridir və ümid edirik ki, istədiyimiz kütləviliyi təmin edə biləcəyik" – deyə Vüqar Abbasov əlavə edib.

Əli