İnkişaf etməkdə olan digər ölkələr üçün Azərbaycan-BƏƏ tərəfdaşlığı dəyərli dərsdir
“Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik”
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
20 Fevral 2024 12:47
5 271
“Azərbaycan prezidenti cənab İlham Əliyev ənənəyə sadiq qalaraq bu dəfə də ilk səfərini qardaş Türkiyəyə etdi”. Bunu xalqcəbhəsi.az-a açqlamasında politoloq Zeynal Əmirəliyev deyib. Onun fikrincə, Türkiyə və Azərbaycan arasında sıx əməkdaşlıq mühiti mövcuddur: “Aramızdakı qardaşlıq mühiti, səmimi münasibətlər, iki ölkənin əhalisinin bir - birinə olan qardaş bağı isə başqa bir gözəllikdir. Dünyada bu cür münasibəti olan ikinci bir ölkə yoxdur. Bu cür münasibət bütün dünya ölkələri üçün bir örnəkdir. Cənab prezidentin səfəri şübhəsiz ki, ikitərəfli əməkdaşlığın inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında iqtisadi - siyasi, mədəni - humanitar, hərbi sahədə çox güclü əməkdaşlıq mühiti var. Ancaq hər iki dövlət bununla kifayətlənmir. Azərbaycan və Türkiyə yeni layihələrin üzərində işləyirlər. Məsələn, Azərbaycan - Türkiyə Universitetinin yaradılması barədə razılıq əldə edildi. Bunun çox böyük əhəmiyyəti var. Türkiyənin təhsil sistemi özünü doğruldan, geniş profilli bir təhsil sistemidir. Türkiyənin çox güclü elmi kadr bazası var. Azərbaycan bu məsələdə Turiyə təcrübəsindən yararlana bilər. Yeni açılacaq bu ali məktəb iki ölkənin təhsil sistemləri arasında körpü olacaq. Bu həm də Azərbaycan gənclərinə Türkiyə təhsil və elm sistemi ilə daha yaxından tanış olmağa, həmən sistemin içində çalışmağada böyük dəstək olacaq. Bu səfər böyük əhəmiyyət kəsb edir. Türkiyə - Azərbaycan qardaşlığı, əlaqələrin daha da güclənməsi regionda sülh və sabitliyin inkişafı zərurətdir”.
Əli