Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
İrəvanın İsgəndər-M-ləri Ermənistanı dağıdacaq

İrəvanın İsgəndər-M-ləri Ermənistanı dağıdacaq Siyasət

İrəvanın İsgəndər-M-ləri Ermənistanı dağıdacaq

Son günlər yerli və qonşu dövlətlərin mediasının gündəmini Ermənistanın İsgəndər-M raket kompleksinə yiyələnməsi və Azərbaycanı hədələməsi mövzusu zəbt edib.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Rusiyadan alınan raket kompleksinin İsgəndər-M olduğunu rəsmən təsdiqləyib. Ermənistan Müdafiə Nazirliyinin Artilleriya və Raket Qoşunları bölməsinin qərargah rəisi polkovnik Artavazd Yağmuryan ölkəmizi təhdid edərək hökumətləri rəsmi icazə verəcəyi halda İsgəndər-M vasitəsilə Azərbaycana zərbə endirilə biləcəyini deyib.
Yerli politoloqların bu məsələyə münasibəti reallıqdan xəbər verir.
Politoloq Fikrət Sadıqov deyib ki, hazırkı vəziyyətdə İsgəndər-M raketlərinin Ermənistanda olması birbaşa bu ölkənin hərbi-siyasi maraqlarına ziddir. Çünki bundan ən çox əziyyət çəkən elə məhz İrəvan olacaq.
Rusiyanın Ermənistanı bu qədər sürətlə militaristləşdirməsini düzgün hesab etməyən politoloq Moskvanın son hərəkətlərini qeyri-səmimi sayıb:
"ATƏT-in Minsk Qrupunun həmsədri, Azərbaycanın strateji tərəfdaşı olan Rusiya hər zaman bəyan edir ki, Dağlıq Qarabağ məsələsinin həllində maraqlıdır və bölgənin sabitliyi üçün səy göstərir. Kreml Ermənistana sözügedən dağıdıcı silahların verilməsini ABŞ-ın Gürcüstanda hərbi baza açması və rəsmi Tiflisin buna razılıq verməsi ilə izah etsə də, bu, real deyil. Hər halda sözügedən raket kompleksləri bizə qarşı yönəlibsə, Azərbaycanın İsraildən aldığı "Dəmir Qübbə" - raketdən müdafiə sistemləri bunun ən bariz alternativi olacaq. Ermənistan Azərbaycanla hərbi qarşıdurmaya girmək istəyirsə, onda uduzmağı da gözə alacaq. Bütün siyasi və hüquqi imkanlarımız məhz buna dəlalət edir".
Politoloq hesab edir ki, Ermənistanın Azərbaycanı İsgəndər-M-lərlə təhdid etməsini beynəlxalq müstəvidə öz xeyrimizə çevrilə bilərik:
"Bu, çox böyük siyasi şansdır. Bütün dünyaya bəyan etməliyik ki, Ermənistan əraziləri işğal altında olan Azərbaycanı hədələyir, ona görə də terrora bərabər bu hərəkətlərinə görə cavab verməlidir".
F.Sadıqov bildirib ki, Rusiyanın Dağlıq Qarabağ məsələsinin həllinə olan biganəliyi və Azərbaycanı Ermənistanla bərabərləşdirməsi İrəvanı müəyyən mənada ruhlandırır:
"Moskva Bakını İrəvanla eyni səviyyəyə qoymamalıdır. Çünki Rusiya ilə münasibətlərimiz çox yaxşıdır, buna görə də strateji tərəfdaşımız bütün bunları nəzərə almalıdır".
Satışı yasaqlanmış və nüvə başlığı daşımaq gücündə olan bu yarımballistik raket 500 km məsafədəki hədəfi 100 faiz dəqiqliklə vurmaq qabiliyyətinə malikdir.
Mllət vəkili Rasim Musabəyov isə deyib ki, Rusiyanın Ermənistana verdiyi raket komplekslərinin İsgəndər-M olması ilə bağlı xeyli müəmma var. Çünki ortada konkret fakt yoxdur, hər şey sadəcə söyləntilərdən ibarətdir.
Son günlərin aktual mövzusu olan İrəvanın İsgəndər-M qalmaqalına münasibət bildirən politoloqun fikrincə, sözügedən raket kompleksləri Rusiyaya məxsusdur:
"Əvvəla, İsgəndər-M ermənilərə verilə bilməz. Ona görə ki, bu raket kompleksləri 500 km məsafədəki hədəfi 100 faiz dəqiqliklə vurmaq gücündədir. Müqaviləyə görə isə 300 kilometrdən artıq raketlər ikinci bir dövlətə verilə bilməz. Aydın olur ki, bu, İrəvanın birinci yalanıdır. Əgər sözügedən raketlər həqiqətən İsgəndər-M isə, onda bu komplekslər birbaşa Rusiyaya məxsusdur və ermənilərə də sadəcə paradda nümayiş üçün icarəyə verilib. İkincisi, Ermənistanda belə silahlar varsa, bu, İsgəndər-E raket kompleksləridir. Bu raketlər 280 km məsafədəki hədəfi vurmaq qabiliyyətinə malikdir. Hesab edirəm ki, İsgəndər-M məsələsində xeyli müəmma var. BMT-nin xüsusi bir bölməsi var və əgər deyilənlər doğru olsaydı, bu məsələ ilə bağlı bütün rəsmi məlumatlar ilk növbədə oraya çatdırılmalı idi. Belə bir məlumat isə yoxdur. Fikir verin, bütün rusiyalı rəsmilər məsələyə ümumi yanaşmalarını orta qoyurlar. Sözügedən silahlara gəlincə isə konkret nə verilməsi, hansı modifikasiya olması və necə ödənilməsi barədə heç bir məlumat yoxdur".
Qeyd edək ki, Rusiyada İsgəndər-M-in satışı ilə bağlı qadağa olsa da, Ermənistan Müdafiə Nazirliyi ötən həftə Rusiyadan alınan raket kompleksinin İsgəndər-M olduğunu açıqlayıb.