“Qarabağ münaqişəsində hər hansı irəliləyişin olacağını düşünmürəm” Siyasət

“Qarabağ münaqişəsində hər hansı irəliləyişin olacağını düşünmürəm”

"ABŞ-Rusiya münasibətlərindəki soyuqluğun davam edəcəyi ehtimal edilir". Bunu Azadinform-a ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamentinin sabiq analitiki, publisist Pol Qobl deyib.
İki dövlət arasındakı münasibətlərin gələciyindən danışan ekspert bildirib ki, əgər gözlənildiyi kimi, Hillari Klinton prezident seçilsə, ABŞ-ın mövqeyində yeni bir gərginlik özünü göstərəcək, lakin Klinton həm də Rusiya ilə danışıqlara hazır olması barədə siqnallar göndərəcək: "Əgər Donald Tramp seçilsə, mənim buna şübhəm çoxdur, münasibətlər bir çox rusların güman etdiyi kimi qəfil dramatik şəkil almayacaq".
P.Qobl bildirib ki, istiqaməti belə sürətlə dəyişməkdən söhbət gedirsə, nəzərə almaq lazımdır ki, ABŞ çox böyük təyyarə kimidir.
ABŞ-da yeni seçiləcək prezidentin Dağlıq Qarabağ münaqişəsinə münasibətdən danışan ekspert bildirib: "Seçkilərdə kimin qalib gəlməyindən asılı olmayaraq, Dağlıq Qarabağ münaqişəsində hər hansı irəliləyişin olacağını düşünmürəm".