Ermənistanın KTMT iddiası Siyasət

Ermənistanın KTMT iddiası

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin Ermənistandan olmasında israr edəcəyik".
Bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib.
O xatırladıb ki, oktyabrda İrəvanda keçirilən sammitdə Ermənistandan olan namizədlə bağlı konsensus əldə olunmadığından qərarın qəbulu təxirə salınıb. Köçəryanın sözlərinə görə, bununla bağlı iclas keçiriləcək və məsələ müzakirəyə çıxarılacaq: "Təkid edirik və hesab edirik ki, rotasiya prinsipi işləməlidir. Həmin prinsipə əsasən, KTMT-nin növbəti baş katibi Ermənistan namizədi olmalıdır".
Qeyd edək ki, İrəvan sammitində qurumun baş katibinin dəyişdirilməsi ilə bağlı məsələnin müzakirəyə çıxarılmamasının əsəs səbəbi kimi Qazaxıstan prezidentinin toplantıda iştirak etməməsi göstərilib.