“PKK təmsilçilərinin arasında onlarla erməninin olduğu kimsəyə sirr deyil” Siyasət

“PKK təmsilçilərinin arasında onlarla erməninin olduğu kimsəyə sirr deyil”

Sahib Alıyev: "Ermənilər hələ ötən əsrin əvvəllərindən başqa ad altında aramıza soxularaq istədikləri fitnəni törədə biliblər"

"Millət vəkili, professor Musa Qasımlının "Azərbaycan, Ermənistan, Türkiyə 1920-1994-cü illər, real tarix" kitabında sovet kəşfiyyatının 1929-cu il 2 avqustda hazırladığı bir dosyenin yer aldığı arxiv sənədi var. Orada qeyd olunur ki, Ağrı dağındakı kürdlərin Zelam adıyla tanınan lideri əslində ermənidir və özü sovet kəşfiyyatçısı Mamonovla əlaqə yaradaraq Moskvaya işləmək istədiyini bildirib. Həmin erməninin əsl adı isə Artaşes Muradyan imiş. Və yenə də arxiv sənədləri göstərir ki, Artaşes Muradyan tək olmayıb. Xeyli sayda hay haylığını gizlədərək iki qardaş xalqı türklərlə kürdləri üz-üzə qoymağa, düşmən etməyə çalışıblar. Hələ o vaxt. Və yenə də arxiv sənədlərindən bəlli olur ki, Dərsim üsyanının baş qaldırmasında da ən böyük rolu daşnaklar oynayıblar". Bu fikirləri millət vəkili, politoloq Sahib Alıyev öz facebook səhifəsində qeyd edib. O bildiirb ki, bu günə gəldikdə PKK-nın və ona yandaşlıq edən qurumların üzdəki təmsilçilərinin arasında onlarla erməninin olduğu kimsəyə sirr deyil: "Bu haqda türk mediasında dəfələrlə yazılar getdiyindən onların kimlyini açıqlamağa ehtiyac duymuram . Bütün bunları niyə yazıram bilirsinizmi? Burada dostluğumda olan Hollandiya Türkləri Konseyi Genel Başkanı dəyərli Sefa Yurukelin "Yeni Şafak" qəzetində bir açıqlamasıyla rastlaşdım. Orada bildirlir ki, Tuncelidə Aşağı Doluca kəndində ASALA üzvü Armenak Bakırcıyana abaidə ucaldılıb. Bu, ötən il uydurma soyqırımın 100 illiyi qeyd edilərkən baş verib və yüzlərlə türk düşməninin qatılıdığı həmən tədbiri yerli orqanlar görməzlikdən gəliblər. Halbuki Orhan Bakır adı altında fəaliyyət göstərən bu erməni terrorçusunun məzarının üzərində abidə ucaldılaması nədir, cəsədinin orada olmasının özü belə yumşaq desək, böyük anlaşılmazlıqdır.
Məsələ burasınadır ki, 1980-ci ildə polisə basqın zaman məhv edilən Bakırcıyanın cəsədi kimsəsizlər məzarlığında basdırılmalıydı və basdırılmışdı da". Millət vəkili əlavə edib ki, ancaq o, Tuncelidə dəfn olunmağı vəsiyyət etdiyindən cəsədi oradan oğurlanaraq arzuladığı yerdə kömülmüşdü: "Bir neçə dəfə onun cəsədi Tuncelidən götürülüb kimsəsizlər məzarlığına aparılmış və oradan da oğurlanıb yenə vəsiyyət etdiyi yerə gətirilmişdi. Sonda sümükləri toplanıb tamam başqa bir yerdə gizli şəkildə basdırılsa da, yenə də kimlərinsə yaramazlığı üzündən tapılaraq indi üzrəində abidə ucaldılan Aşağı Dolucaya gətirilib.
Qayıdıram lap əvvəldə qeyd etdiyim məsələyə. Baxın, arxiv sənədlərindən də göründüyü kimi ermənilər hələ ötən əsrin əvvəllərindən başqa ad altında aramıza soxularaq istədikləri fitnəni törədə biliblər. Aradan 100 il keçir. Bu 100 ildə onlar dəyişmədiyi kimi biz də dəyişməmişik. Yəni yenə də ermənilərin "kürd"ə, "türk"ə çevirilərək aramıza soxulmalarına imkan yaradır, sonra da bunun ağrısını çəkirik. Bu il Türkiyənin şərqində yaşananlar, ardı-arası kəsilməyən terror aktları teroroçunun məzarının ziyarətgaha çevirlməsinə imnkan verilən bu cür olaylara zamanında göz yumulmasının nəticəsi deyilmi?".