Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
19 İyul 2024 12:14
3 227
Azərbaycan və Ermənistan liderlərinin Londonda görüşünün baş tutmaması əsasən, sərhədlərin delimitasiya və demarkasiya prosesində kəskin fikir ayrılıqlarının nəticəsidir.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, Ermənistan Alma-Ata Bəyannaməsindən irəli gələn son 1991-ci il sərhədlərini əsas götürür. Halbuki Alma -Ata Bəyannaməsi heç də bu xüsusda əsas ola bilməz. İki dövlət arasında sərhədlərlə bağlı dövlətlərarası müqavilə yoxdur. Kəlbəcər və Zəngəzur istiqamətində Ermənistan əlavə təkliflərlə çıxış edir. Məhz bu fikir ayrılıqlarına görə iki dövlət arasında birgə komissiyanın əsasnaməsi təsdiq edilmədi:
"Ermənistanın ABŞ və Fransa tərəfindən hərbi dəstəyi, N. Paşinyanın əlavə şərtlərlə çıxış etməsinə gətirib çıxarır.
Qeyd edim ki, Azərbaycana Ermənistanla sülh bir o qədər də vacib deyil. Amma, Qərbin geopolitik maraqları sülhün tezliklə əldə edilməsini şərtləndirir. Orta dəhlizin seqmenti olan Zəngəzur yolunun açılması Vaşinqtonun maraqlarına uyğundur. Gürcüstanda Qərb mövqeyinin zəifləməi Ermənistanın üzərindən orta dəhlizin açılmasını labüd edir.
Əgər, görüş baş tutsaydı Zəngəzur yolunun açılması, delimitasiya və demarkasiya prosesində fikir ayrılıqları danışıqlar predmeti olacaqdır. Görünür, Ermənistan rəhbərliyi güzəştə hazır deyil.
Görünür, COP 29 kimi Çərçivə sazişinin bağlanması sual altındadır. Fransa hər vəchlə sülhün qarşısını alır. Əgər, Fransa sülhə imkan verməsə, N. Paşinyan prosesdən yayınacaqsa, müxalifətə Rusiyanın dəstəyi artacaq. Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə nail olarsa, ümumiyyətlə danışıqlar və sülh prosesi tam dayana bilər. Rusiya və Fransa Cənubi Qafqazda sülhün əleyhinədir.
Böyük Britaniyada liderlərin görüşünün baş tutmaması, heç də hərbi gərginliyin artmasına gətirib çıxarmayacaq".
Cavid
20:55
399
19:20
518
16:47
560