
İran İsrailin hərbi planlarına qarşı xəbərdarlıq edib
15 İyul 17:09
15 İyul 17:09
15 İyul 16:27
15 İyul 15:43
15 İyul 12:33
“Bizim seçkilərə müdaxilə etmək, kömək etmək və s. bu kimi səlahiyyətimiz yoxdur, biz sadəcə üzv dövlətin dəvəti əsasında monitorinq aparmaq, prosesi izləmək üçün dəvət olunmuşuq”.
APA xəbər verir ki, bunu ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) müşahidə missiyasının rəhbəri Ditmir Buşati ATƏT/DTİHB müşahidəçilərinin Azərbaycanda keçiriləcək Milli Məclisə növbədənkənar seçkiləri müşahidə missiyasının açılışı ilə bağlı mətbuat konfransında deyib.
AŞPA-nın seçkini müşahidə üçün dəvət olunmaması ilə bağlı suala cavab olaraq missiya rəhbəri deyib ki, o, ATƏT-in adından Azərbaycandadır, digər hər hansı təşkilatın prosesi izləmək üçün dəvət olunub-olunmaması barədə şərh verməsi doğru deyil.
“Biz bütün təşkilatlarla əməkdaşlığa hər zaman açıq olmuşuq və bizim mövqeyimiz dəyişməyib. Biz beynəlxalq prinsiplərə əsaslanan metodologiya əsasında prosesi izləyəcəyik”, - deyə Ditmir Buşati vurğulayıb.