Milli Məclisin növbəti plenar iclası keçirilib Siyasət

Milli Məclisin növbəti plenar iclası keçirilib

Gündəliyə daxil edilən 6 məsələ müzakirə olunub

Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasının gündəliyinə 6 məsələ daxil edilib. İlk öncə cari müzakirələr başlayıb.
Millət vəkili Məlahət İbrahimqızı deyib ki, şəhərimizdəki kino salonlarında uşaqlar üçün verilən filmlər rus, ingilis dilindədir: "Hətta aparılan montorinqlər nəticəsində məlum olub ki, çox az hallarda belə filmlərin altında Azərbaycan dilində tərcümə gedir". Azərbaycan dili ilə bağlı qanunvericliliyin olduğunu xatırladan millət vəkili söyləyib ki, biz öz dilimizi unutmamalı, belə hallara yol verməməliyik. Millət vəkili müxtəlif kanallarda çəkilən seriallar haqqqında da fikirlərini bildirib. Onun sözlərinə görə, Azərbaycanın müxtəlif kanallarında çəkilən seriallarda ailə institutuna zidd olan məqamlar var: " Buna yol verməmək üçün təklif edərdim ki, belə seriallar çəkildikdən sonra hansısa şura tərəfindən baxıldıqdan sonra kanallara buraxılsın".

"Yerevanın rəhbərliyi istəyərsə, Azərbaycanın tərkib hissəsi olsun"


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Rusiyanın Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin Azərbaycanla bağlı dediyi sözlərə münasibət bildirib. Səməd Seyidov bildirib ki, əslində bu sözlərə fikir verməyə bilərdik: "Bu fikirlərin Xocalı soyqırımın 25 illiyi ərəfəsində deyilməsi qəbul edilməzdir. Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir. Ermənistan qondarma bir dövlətdir. Ermənistan Azərbaycan torpaqlarında yaradılıb. Ermənistanın 95 faiz əhalisi azərbaycanlı olub. Əgər Yerevanın rəhbərliyi istəyərsə, qoy Azərbaycanın ayrılmaz tərkib hissəsi olsun".
Komitə sədri bildirib ki, Prezident İlham Əliyev Brüsselə səfər etdi, bəzi görüşlər keçirdi. O qeyd edib ki, bu uğurlar bəzi dairələri narahat etməyə başladı: "Bəzi şəxslər Avropa Parlamentidə təxribata əl atıblar. Orada bir neçə deputat Azərbaycanla bağlı müzakirələr təşkil etməyə çalışdılar. Amma onların məqsədi həyata keçmədi. Bu, iki şəxsin etdiyi Avropa Parlamentinin tarixində utanc kimi yadda qaldı".

"İşbazlar hökumətə əngəl yaradır"

Deputat Əli Məsimli bildirib ki, bəzi işbazlar ölkədə manatın mövqeyinin möhkəmlənməsinə baxmayaraq qiyməti artırmaqla hökumətin həyata keçirdiyi siyasətə mane olurlar. Onun sözlərinə görə, son dövlərdə manatın dollara nisbətdə mövqeyinin möhkəmlənməsinə baxmayaraq ölkədə qiymət artımı davam edir: "2016-ci ildə əməkhaqqları 7% artsa da, infiyasiya 12%, qiymətlər isə 15%-dən artıq olub. Buna görə də Azərbaycan hökumətinin 2017-ci ildə inflyasiyanı 7% ətrafında götürməsi düzgündür. Ancaq bəzi işbazlar Azərbaycan hökumətinin müəyyən etdiyi bir qaydanı pozmaqda davam edirlər. Yəni bu işbazlar hökumətin müəyyən etdiyi infiyasiya qaydalarını pozurlar".
Deputatın sözlərinə görə, yumurtadan başqa digər bütün istehlak məhsullarının qiymətində artım müşahidə olunur: "Bununla da əhalidə narazılıq yaradırlar. Bu qiymət artımı isə hökumətin hədəfinə çatmasına imkan vermir". Parlament üzvü bildirib ki, aidiyyatı qurumlar məsələyə diqqət yetirib belə halların qarşısını almalıdır: "Axı niyə görə manatın mövqeyinin möhkəmlənməsi fonunda qiymət artımı olmalıdır. Bu işbazlar vətəndaşın pensiyasının və əməkhaqqısının müəyyən dərəcədə artdığını bilərək, qiymət qaldırmaqla onların əlindən gəlirlərini alır. Buna yol vermək olamz. Əgər aidiyyatı qurumlar müdrikcəsinə bu prosesə susaraq, hansısa addımlar atmırlarsa, deməli onlarla bu məsuliyyəti bölüşür. Həmin işbazların əməllərinin iştirakçısına çevrilmiş olurlar".


"Bu, vətənə xəyanətdir"

Deputat Siyavuş Novruzov Milli Məclisin iclasında Ermənistandan sığınacaq alan Şahin Mirzəyevin məsələsinə münasibət bildirib. Deputat bunu vətənə xəyanət kimi qiymətləndirib: "Şahin Mirzəyev bir zaman Azərbaycanda prezident seçkiləri keçirilən ərəfədə dərnək səviyyəsində olan bir qurumun - Milli Şuranın üzvü idi. O, həmin qurumun bir növ ruporuna çevrilmişdi. İndi baxın. Belə xəyanətkarları öz sıralarına cəlb edən qurumun rəhbərləri ölkəyə rəhbərlik etmək iddiasında idilər. Bu da onların bir daha xəyanətkar olmasının sübutudur".

Əli