Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
5 Dekabr 2024 17:35
3 409
Baş nazir Əli Əsədov dekabrın 5-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) dövlət mülkiyyəti və özəlləşdirmə üzrə İşçi Qrupunun sədri, Birləşmiş Krallığın dövlət investisiyaları üzrə qurumunun baş icraçı direktoru Çarlz Donaldın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetindən Xalqcebhesi.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə İƏİT arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.
Birgə həyata keçirilən layihələr, o cümlədən Azərbaycan İnvestisiya Holdinqinin portfel şirkətlərində korporativ idarəetmənin qiymətləndirilməsi layihəsinin nəticələri nəzərdən keçirilib.
Azərbaycan və İƏİT arasında əməkdaşlığın qarşılıqlı maraq doğuran istiqamətlər üzrə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.