IEA: Qlobal bərpa olunan enerji gücləri 2026-2031-ci illərdə 4800 giqavat artacaq
Gürcüstanda azərbaycanlı qardaşları qətlə yetirən şəxs saxlanılıb
Fatmayıda fərdi yaşayış evində partlayış olub, 2 nəfər xəsarət alıb
Dövlət şirkətlərində korporativ idarəetmə qaydalarının tətbiqi Maliyyə Nazirliyinə həvalə edilib
10 Dekabr 2024 21:42
4 606
Beynəlxalq media və müxtəlif dövlətlərin ekspertləri Türkiyənin Suriyada əlinin gücləndiyi qənaətindədirlər. Əsəd rejiminin süqutu ilə Türkiyənin Suriyada PKK və ona bağlı güclərin neytrallaşdırmağa çalışacağı bildirilir. Bu, Türkiyənin təbii haqqıdır. Türkiyə sərhədlərinin yaxınlığında PKK-nın varlığına son qoymalıdır.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Ankara Vaşinqtonu seçim qarşısında qoyacaq:
“ABŞ rəsmiləri bu vaxta qədər PKK və ona bağlı qrupları Əsəd rejiminə müqavimət göstərmələri üçün bəslədiklərini deyirdilər. Əsəd rejimi yıxıldı, bu məntiqlə Vaşinqtonun PKK-ya bağlı güclərə dəstək verməsinin anlamı qalmır. O başqa məsələ ki, ABŞ Suriyada varlığını qorumaq üçün PKK-ya dəstəyi davam etdirə bilər. Ancaq bu siyasət Vaşinqtonun “biz Suriyada sabitlik istəyirik” prinsipinə zidd olacaq. Çünki Suriyada yeni hakimiyyət PKK və ona bağlı güclərin şimal əraziləri nəzarət etmələrinin əleyhinə olacaq. Bu, Suriyanın ərazi bütövlüyünə təhdiddir. Vaşinton Suriyanın ərazi bütövlüyüni istəyirsə, PKK-ya dəstəkdən imtina etməli, əks halda isə Suriya yenidən qarışacaq və bundan ABŞ-ın rəqibləri Rusiya və İran istifadə etməyə çalışacaqlar. Bu isə ABŞ-ın maraqlarına ziddir”.
10:09
287
09:36
539
5 Noyabr 18:42
889