İsrail ordusu Beyruta hədəfli zərbə endirib
28 May 15:32
28 May 15:32
11 Dekabr 2024 14:15
3 997
Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanla telefonla danışıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Putin Orbanla enerji sektorunda qarşılıqlı faydalı layihələrin gələcək inkişafını müzakirə edib, həmçinin Orbana Kiyevin nizamlanma imkanlarını istisna edən dağıdıcı xətti barədə danışıb.
Orban Putinlə söhbətində Ukrayna böhranının diplomatik yolla həlli yollarının tapılmasında maraqlı olduğunu bildirib.
Liderlər Suriyadakı hadisələr kontekstində Yaxın Şərqdəki gərgin vəziyyəti də müzakirə ediblər.
Qeyd edək ki, Macarıstan baş naziri bir müddət öncə ABŞ-də səfərdə olub, yeni seçilmiş prezident Donald Trampla görüşüb.
28 May 18:00
1 211
28 May 17:24
1 225
28 May 17:19
1 169