“Bu, iqtisadi inkişafa töhfə verəcək”
10 Sentyabr 19:15
10 Sentyabr 19:15
10 Sentyabr 11:29
10 Sentyabr 10:43
9 Sentyabr 23:45
20 Yanvar 2025 17:44
3 486
İranda həbsdə olan Fərid Səfərli Azərbaycana qaytarılıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi birgə mətbuat məlumatı yayıb.
Məlumatda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılıb.
Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.
Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.
10 Sentyabr 17:29
910
10 Sentyabr 17:11
910
10 Sentyabr 14:45
1 085