“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
7 Fevral 2025 17:32
3 171
Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası Azərbaycanla sərhəddə müşahidələrini davam etdirir.
Xalqcebhesi.az APA-ya istinadən xəbər verir ki, avropalı müşahidəçilər bu dəfə bir neçə maşında Laçın və Zəngilan rayonları ilə həmsərhəd ərazilərə gələrək, vizual müşahidələr aparıblar. Onlar binoklla ətrafı, o cümlədən Azərbaycan ərazilərini izləyiblər.
Müşahidəçilərin hərəkətləri Azərbaycan sərhədçilərinin tam nəzarəti altında olub.
Azərbaycan sərhədçiləri Laçın rayonunun Fətəlipəyə və Zəngilan rayonunun Seyidli kəndi ərazisindən Avropa ittifaqının Müşahidə Missiyasının üzvlərinin həm avtomobillərlə, həm də piyada hərəkətlərini nəzarət altında saxlayıb və qeydə alıb.
Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə Azərbaycan mətbuatında mütəmadi məlumatlar və görüntülər yayılır. Bir müddət əvvəl APA da Qazax rayonu ilə həmsərhəd ərazidə avropalı müşahidəçilərinin fəaliyyəti barədə məlumat və görüntü yaymışdı.
Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il - 19 fevral 2027-ci ilədək uzadıb.
20 Sentyabr 19:24
1 925
20 Sentyabr 12:05
952
20 Sentyabr 12:05
903