“Sarkisyan Rusiyadan qorxduğu üçün geri çəkildi” Siyasət

“Sarkisyan Rusiyadan qorxduğu üçün geri çəkildi”

Elxan Şahinoğlu: "Çünki Rusiyanın təsiri altındadırlar"


"Ermənistan NATO təlimlərinin birinci hissəsində iştirak edəndə bəzi həmkarlarım və bəzi mətbuat orqanları elə fikirlər ortaya atdılar ki, Ermənistan xarici siyasətini korrektə edir, Rusiyadan uaqlaşır, Qərbə doğru yönəlir. O aman mən bu fikirlərin əleyhinə olduğumu bildirdirm, qeyd etdim ki, Ermənistan Rusiyadan qopa bilməz. Ermənistan tamamilə Rusiyadan asılıdır, sərhədlərini Rusiya qoruyur, Rusiyanın hərbi bazaları, fabrik və zavodları yerləşir orada, qazını Rusiya verir. Rusiyanın qapazaltısı, vassalı, quberniyası olan belə bir ölkə müstəqil xarici siyasət yürüdə bilərmi?Rusiyanın NATO kimi düşməni ilə işbirliyi edə bilərmi? Əlbəttə ki, yox. Birinci dn Rusiyanın iştirakı əsasında olmuşdu. Bu mənim təxminim idi və təxminim doğru çıxdı".
Bu fikirləri "Atlas" Araşdırmnalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu səsləndirib. Politoloq qeyd edib ki, Sarkisyan Rusiyanın cızdığı oyun qaydalarından çıxsa, Karen Karapetyanla əvəz edilə bilər:
"Həmin hərbi təlimlər çox da geniş təlimlər deyildi. İkinci dəfə də təlimlərdə iştirakla bağlı sənədlərini verdi, ancaq Sarkisyanı Soçiyə çağırdılar. Mənə elə gəlir ki, Sarkisyana orada şərt qoydular ki, ya bizimlə olmalısan, ya da səni cəzalandıracağıq. Çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Həmin təşkilat da NATO-nun alternativi kimi yaradılıb. Sarkisyanı onunla qorxutdular ki, sən bu siyasəti davam etdirsən, səni Karapetyanla əvəz edə bilərik. Ermənistanda baş nazir Rusiya tərəfindən təyin olunur. Gələn ildən Ermənistanda konstitusiya dəyişikliklərinə görə səlahiyyət sahibi prezident yox, baş nazir olacaq və Sarkisyan da baş nazir olmaq istəyir. Və bunu hədələdilər ki, yenə də bu təlimlərdə iştirak etsən, bizim istək və tələblərimizdən xaric addım atsan, səni cəzalandıracağıq. Ona görə Sarkisyan qorxdu və sənədlərini verdikləri halda geri götürdülər. Düzdür, əvvəlcə sənəd verdiklərini dandılar, ancaq Gürcüstan yalanlarını üzə çıxardı". E.Şahinoğlu sonda Azərbaycanın NATO təlimlərində iştirakından da danışıb: "Sarkisyan Rusiyadan qorxduğu üçün geri çəkildi. Çünki Rusiyanın təsiri altındadırlar, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistandan başqa Belarus və Qazaxıstan da var. Amma Belarus və Qazaxıstan Ermənistan qədər Rusiyadan asılı deyil. İkincisi də, mən indiyə qədər eşitmədim ki, Belarus və Qazaxıstan hansısa NATO təlimlərində iştirak etsin. Rusiya oyun qaydaları cızıb və bu qaydalara riayət etməyənləri cəzalandırır. Ukraynanı da belə cəzalandırıb parçaladı. Gürcüstanı da vaxtiykən parçalamaq istəyirdi. Çox yaxşı haldır ki, Azərbaycan NATO təlimlərinə qatılmaq üçün müraciət etdi. Biz Rusiyadan asılı deyilik, kiminsə diktəsi ilə oturub-durmuruq. NATO-la sıx əməkdaşlıq Azərbaycanın milli və təhlükəsizlik maraqlarına cavab verir".